İsveçin UNICEF təşkilatı qaçqın uşaqlara dəstək olaraq "Escape ends here" kampaniyasına start verdi. Keçən həftə UNICEF təşkilatı proyeksiyadan istifadə edərək Stokholm sakinlərinə uşaqların xəyal siluetlərini nümayiş etdirdi.
Hərəkət edən fiqurlar küçələrdə, binaların divarlarında, skamyalarda yatdılar, qaçışdılar və pilləkənlərə dırmaşdılar. Əvvəl bu kampaniya haqda heç bir izah verilməsə də, keçən cümə günü UNICEF təşkilatı İsveçin rəsmi qanunvericiliyində uşaq hüquqlarının müdafiəsi üçün BMT-in konvensiyasının iddiasına nail olduğunu elan etdi. Küçə kampaniyası "Deportivo" PR-agentliyi tərəfindən hazırlandı.
Statistikaya görə 2012-ci ildə təxminən 3500 uşaq valideyinləri olmadan İsveçə gəldilər. Buna baxmayaraq, 2004-cü ildə bu rəqəm 388 uşaq təşkil edirdi. Kampaniyanın əsas hədəfi uşaqların yeni cəmiyyətə inteqrasiya olunma probleminə diqqətin yönəldilməsi və insanları yuxarıda göstərilən qanunun qəbulu haqqında petisiya imzalamağa motivasi etməkdir.

