125 illik ənənəyə malik Danimarkalı şokolad markası "Anthon Berg", comərdlikdə sərhəd tanımayan quruluşunu vurğulayan "You can never be too generous" şüarından ilham alan yeni bir kampaniya təqdim etdi.
Təyyarədə tualetə yaxın oturmaq məcburiyyətində qalan ya da oturacaq sırasının ən sonunda oturduğu üçün oturacağını daha rahat bir mövqeyə nizamlaya bilməyən talehsiz sərnişinləri gülümsətmək istəyən marka, bunun üçün sərnişinləri təyyarələrinin oturacaq yerlərini qiymətləndirən SeatGuru ilə əməkdaşlığa başladı.
SeatGuru-dan əldə olunan məlumat ilə sərnişinləri oturacaq nömrələrinə görə ayıran marka, havalimanına yerləşdirdiyi Anthon Berg avtomatı ilə şokoladlar payladı. Ən son sırada oturan talehsiz sərnişinləri əlavə olaraq uçuşlarını asanlaşdıracaq səyahət yastığı və göz bantı kimi müxtəlif hədiyyələr də təqdim olundu.
Advertising Agency: Robert/Boisen & Like-minded, Denmark
Creative Director: Michael Robert
Strategist: Søren Christensen
Art Director: Heinrich Vejlgaard
Copywriter: James Godfrey
Digital Director: Mathias Birkvad
Account Manager: Mette Ingemann Dahl
Film production: Gobsmack
Producer: Christina Erritzøe
Digital production: Molamil
CTO: Jorge Hernandez
Senior Interactive Developer: Patrick Svendsson
Senior Developer: Martin Dyrby
Graphic Designer: Abel Martinez



