Texnologiya nəhəngi Apple yeni nəsil, yüngül, nazik tableti iPad Air və iPad Mini 2 modellərini təqdim edib. Kaliforniyanın Kupertino şəhərində yerləşən şirkət San Fransisko şəhərində təqdimat mərasimi keçirib. Çarxda keçdiyimiz günlərdə televiziya ilə vidalaşan Breaking Bad-in məşhur siması Walter White-i canlandıran Bryan Cranston-un səsi rol alır.
Qeyd edək ki, yeniləşmiş 9,7-düymlu planşet indi iPad Air, 7,9-düymlu isə Retina displeylə iPad mini adlanır. Yeni iPad Air köhnə iPad-lara nisbətən daha daha nazikdir. 7.5 mm qalınlığı və 450 qram ağırlığı olan yeni iPad Air-ın 16gb-lıq modeli noyabrdan etibarən 499 dollara satılacaq. Yeni iPad Mini 2 isə 399 dollara satıcılıra təqdim olunacaq.


