"Coca-Cola" dizayner Darren Romanelli tərəfindən hazırlanmış Coca-Cola by DRx geyim kolleksiyasını təqdim etdi. Kolleksiyanın tərkibinə 200-ə qədər geyim çeşidi daxildir. Coca-Cola-nın 40-cı illərdə əl ilə hazırlanmış iş geyimlərinin yenilənmiş müasir forması olan bu kolleksiyada qiyməti 1650 dollara çatan geyimlər var. Kolleksiyada gödəkçələr, palto, futbolkalar və tuniklər yer almışdır. Geyimlərin üzərində şirkətin keçmiş sahiblərinin adları qeyd olunmuşdur.


Kolleksiya ABŞ, İngiltərə, Fransa və Yaponiyada satışa çıxarılmışdır. Promo-kampaniya brendin sosial şəbəkələrini əhatə edir.