YouTube-da 22 aylıq qızı üçün qeyri-adi kostyum yaradan müəllifin video çarxı meydana çıxdı. 3 gün ərzində video 7 milyona qədər baxış toplayıb.
Video çarxda qaranlıq məkanda işıqsaçan kostyum geyinmiş körpə görünür. Müəllifin sözlərinə görə onun qızının bu kostyumdan çox xoşu gəlib və tez-tez onu geyinir. Çarxın müəllifi, eyni zamanda musiqiçi və rəssam olan Royce Hutain işıqla müxtəlif eksperimentlər aparır.