Merlin Monro ölümündən 51 il sonra məşhur brend olan "Chanel No. 5" in siması olacaq. Reklam kampaniyası payızın sonunda televiziya ekranlarında yayımlanacaq. Brendin reklam kampaniyası çərçivəsində Edom Faynqerşem tərəfindən çəkilmiş şəkillərdən istifadə olunacaq.


Bu yaxınlarda 1961-ci ildə Monro ilə hazırlanmış müsahibə aşkara çıxarılmışdır. Müsahibədə Monro brendin onun qardirobundakı rolundan danışır. Maire Claire Corc Belmon tərəfindən hazırlanmış müsahibədə Monro məşhur sitat işlətmişdir: "Bilirsiz, məndən tez-tez hansı geyimdə yatdığımı soruşurlar, mənsə "Chanel" də yatdığımı deyirəm. Bu doğurdan da belədir, həm də mən çılpaq demək istəmirəm."


Yəqin ki, bu sözlər reklam çarxında istifadə olunacaq. Monro "Chanel" in siması olan Bred Piti əvəz edəcək. "Daily Mail" ın məlumatına görə Bred Pitə bu reklam çarxı üçün 7 milyon dollar ödənmişdir.