"Mail.Ru Group" və "Nielson" mobil internet bazarını araşdırdı. Onlar əsasən mobil internetin tipik rus istifadəçilərilərinin profili, onların üstünlük verdikləri, fərqləndirici xüsusiyyətləri, veb-yaradıcıların smartfonlar və planşetlər üçün yaratdıqları sayt növlərini araşdırmışlar.
"Mail.Ru Group" un informasiya texnologiyaları üzrə direktoru Aleksanr Qornıy öz çıxışında mobil internetdə kişilərin üstünlük təşkil etdiyini (53%) bildirdi. Mobil internetin tipik rus istifadəçiləri əsasən (22.00-dan gecə yarıya qədər) aktiv olan (19-30 yaş arası) cavanlardır. Adətən onlar elektron poçtunu yoxlayır, xəbərləri oxuyur və ünsiyyətdə olurlar.
İstifadə olunan mobil cihazlarda ən məşhur əməliyyat sistemlərinə 760x1024 və 320x480 nöqtələrində olan Android (49%) və İOS (26%) rəhbərlik edir.
"Nielson" un Şimal-Şərqi Avropadakı telecom-təcrübəsinin rəhbəri Yekaterina Petrova mobil interneti rus istifadəçilərinə başqa tərəfdən təqdim etdi. O, 10 smartfon sahibindən heç olmasa 9-nun həftədə bir dəfə SMS, elektron poçt- (72%), mesencer- (62%) və "wi-fi" dan istifadə etdiyini vurğuladı.
Qeyd etmək lazımdır ki, smartfonların dəbdə olmasına baxmayaraq heç də hər kəs bu cihazlardan tam şəkildə istifadə etmir. Smartfon sahiblərinin 70%-i öz mobil cihazlarını daha dəbli və funksional olanlara dəyişmək fikrində deyillər. Onlar standart xidmətlərlə (sms, email, veb-brauzer) kifayətlənir və bir çoxları əksərən "wi-fi" dan istifadə edir, pulsuz əlavalər yükləyirlər.
"İstehsalçılar, operatorlar və təchizatçılar mobil internetə tələbatın çoxalması üçün mobil xidmət istifadəçilərini tərbiyyələndirmək və bilikləndirmək kimi vəzifələri qarşılarına məqsəd qoymuşlar."- Yekaterina Petrova bildirdi.
"Mail.Ru" nun 2013-cü il sentyabr ayının reytinq göstəricisinə əsasən istifadəçilərin yalnız 28%-i internetə mobil cihazlardan daxil olmuşdur.
"Son illərdə mobil internet istifadəçiləri 54%-ə qədər artmışdır. Buna baxmayaraq "Mail.Ru" nun veb-peşəkarları tərəfindən aparılan araşdırmalara görə istifadəçilərin 67%-i hələ ki, saytlara mobil cihazlardan daxil olmur. Onlardan çoxusu bu resursun smartfonlara və planşetlərə uyğun olmadığını hesab edir. Mobil versiyanın yaradıcıları isə bunun mövcud auditoriyanın çoxalmasına səbəb olacağından əmindirlər."- Aleksey Qornıy bildirdi.
"Mail.Ru Group" bildirir ki, daha çox uyğunlaşmanı tanışlıq saytları, sosial şəbəkələr, onlayn-resurs və məlumat-resursları tələb edir. Veb-peşəkarların 23%-i hesab edir ki, saytlar mobil cihazlara uyğun olmadıqda istifadəçilər dərhal onları tərk edirlər.
"Nielson" telecom qrupunun Avropada istifadəçi araşdırmaları üzrə direktoru Metyu Xester öz çıxışında qlobal trendlərdən danışdı:
"Qeyd etmək olar ki, smartfonlar bütün dünyada mobil xidmətlərdən istifadə strukturuna əhəmiyyətli dərəcədə təsir etmişdir. Əsasən gündəlik olaraq mobil telefonlardan 83,5 dəqiqə istifadə olunur, bunun da 7 dəqiqəsi ənənəvi olaraq telefon zənglərinə sərf olunur. Sosial şəbəkələrdən istifadəyə 24,3 dəqiqə, əlavələrdən istifadə isə ənənəvi brauzinqi (73%) üstələyir. "Nielson" un araşdırmalarına görə əlavələrin çoxusu əyləncə xarakteri daşıyır.
Mobil cihazlar daha da funksional olaraq öz sahiblərinin davranışına təsirlərini artıracaqlar. Bununla bərabər smartfonların istifadə potensialı inkişaf etmiş ölkələrdə 50%-dən çox, Asiya ölkərində isə 15-20%-dir." - Metyu Xester bildirdi.





