İngiltərənin alkoqol nəhəngi “Diageo” "101 London" agentliyi ilə birgə “Baileys şokoladı canlandırır” şüarı altında reklam çarxı təqdim etdi . Yeni kampaniyanın əsas konsepsiyası likörün necə canlandığını nümayiş etdirməkdir. Müəlliflər likörün tərkibindəkilərin qarışaraq qadın obrazına çevrilməsini göstərirlər. Video çarxda istifadə olunan xüsusi effektlər MPC şirkəti tərəfindən təqdim olunmuşdur.
"Baileys Chocolat Luxe”- ilk dəfə olaraq alkoqolun belçika şokoladlı ilə sintez edildiyi ən innovasiyalı məhsuldur. “- “Diageo” öz rəsmi saytında bildirdi. 1974-cü ildən likörün hazırlanma qaydası dəyişməz olaraq qalır: qaymaq, spirt, viski və ətirləndirici əlavələr. Drinks Int saytının məlumatına görə "Baileys” brendi alkoqol içkiləri arasında 32-ci yerdədir ,həmçinin İralndiyada ixrac edilən məhsulun 50%-ni təşkil edir.
