Johnnie Walker 2 dost-səyahətçi Ceyson Levis və sənətkar Kris Tipper, haqda "Celebrating Journey Shared" (Müştərək səyahəti qey edərək) adlı qısametrajlı film hazırladı. Film "Johnnie Walker" və Dunhill şirkətlərinin əməkdaşlığına həsr olunmuşdur.


Dostlar öz səyahətlərinə Alfred Danxillanın doğma şəhəri olan Londandan başlayaraq Con Uokerin vətəni-Şotlandiyaya yollanırlar. Beləliklə onlar simvolik olaraq keçmişdən gəlmiş və bir-birinə heç bənzəməyən, lakin həyata baxışlarında oxşar cəhətləri olan 2 dostu birləşdirmişlər.



Ceyson Levis dünyada öz fiziki imkanlarından istifadə edərək su səyahətinə çıxmış ilk insandır. Kris Tipper isə mebel və ağacdan qayıq hazırlamaqla ilə məşğuldur. 1993-cü ildə o, Ceyson üçün qayıq hazırlamış və onunla birlikdə səyahətə çıxmışdır.