Dmitri Fomenko küçələrin fotoşəkillərini çəkir daha sonra həmin fotoşəkillərdən reklamları təmizləyir
Hər hansı bir böyük şəhərin mərkəzində gəzinti zamanı elə görünür ki, reklam şirkətləri sanki şəhərlərin hər birində Times-Square yaratmaq niyyətindədirlər. Əlbətdə ki, müasir iqtisadiyyat reklamsız mümkün deyil. Açıq reklam şəhər landşaflarının ayrımaz hissəsi oldu.
Ancaq belə görsənir ki, bizim onunla yoldaşlığımız çox uzun oldu. Dmitri Fomenko Kiev şəhərindən “Reklamsız köhnə Kiev” adlı bir layihə yaratdı. O, qərara aldı ki, çoxsaylı parlaq əlamətlər, reklam qalxanları, yaşayış binalarında böyük bannerlər və işıqforların üzərində olan uzun tabellər olmadan şəhərin necə görsəndiyini nümayiş etdirsin.
Nəticə təsirli oldu. Layihə bir neçə xəbər və şəhər saytlarının oxucularının diqqətini cəlb etdi. Hal-hazırda Dmitri Fomenko bütun şəhəri təmizləyib onu əvvəlki təsvirinə qaytarmağı arzulayaraq “Reklamsız Kiev” layihəsi üzərində işləyir.
Tarixi mərkəzlərin böyük strukturlardan təmizlənmək üçün verilən son qərara görə fərq o qədər də nəzərə çarpan deyil. Şəhərin bir neçə köhnə alanlarında yalnız bir neçə şəhər-işıqları və kiçik formatlı reklamlar yerləşdirilə bilər.