Terry Border əlinin altında olan əşyalardan gülməli və emosional miniatür heykəllər hazırlayir. Amerikalı fotorəssam Terry Border gündəlik həyatda istifadə etdiyimiz sadə və adi əşyaları “insanlaşdırmaq” kimi unikal imkana sahibdir.
Bu yemək ərzaqları , mətbəx ləvazimatları, dərman qablaşdırmaları-hər şey ola bilər. Məftil və adi kəlbətinin köməkliyi ilə o, əlinin altında olan hər şeyi maraqlı obrazlara çevirir və onların hər birinə təkrarsız ssenari hazırlayır.
Gündəlik əşyaların “Sirrli Həyat”ı onun Bent Objects adlı kitabında öz əksini tapmışdır. Biz sizə sonsuz xəyal gücünə sahib olan amerikalı rəssamın ən maraqlı işlərini təqdim edirik.