Lady Gaga əfsanəvi Versace markasının yeni siması oldu. Beləki bu qalmaqallı müğənni markanın məhz 2014 yaz-yay reklam kampaniyasında çəkiləcək. Bir müddət əvvəl Londonda ilk fotosessiya oldu.
Lady Gaga Mert Alas və Marcus Piggott fotoqraflarının obyektivi ilə italyan modalar evinin geyimlərini təqdim etdi.Əlbətdəki bu Versace şirkətinin məhşurlar ilə ilk əməkdaşlığı deyil.
Markanın Demi Moore, Halle Berry, January Jones və Madonna ilə də əməkdaşlığı var. Lady Gaga-Donatella Versacenin ən yaxşı rəfiqəsidir və Milanda tez-tez onlarda qonaq olur.
Məhşur markanın geyimləri isə onun qarderobunda ən sevimli geyimlardəndir və müğənni onu göstərməyi sevir. 2011-ci ildə onların ilk “Yaradıcılıq birliyi” keçirildi- Gaga The Edge of Glory klipində Versacenin üzümdən paltarını geyindi. Bundan əlavə Gaga hətta Donatellaya Artpop albomundan olan bir mahnı həsr edib.