“Apple” şirkəti gələn il buraxacağı yeni “iPhone”lar üçün ekranda ağır və ya yüngül toxunuşları ayırd edə biləcək yeni sensor yaratmağa çalışır.
Blomberg-in verdiyi məlumata görə, yeni “iPhone”ların əvvəlki modellərlə müqayisədə daha böyük və oval ekrana malik olacağı, möhkəm və asta toxunuşları ayıra biləcək şəkildə istehsal ediləcəyi təxmin olunur.
Yeni “iPhone”ların ekranının 4.7 və 5.5 düym diaqonallı olacağı bildirilir.Bu ilin payızında Samsung özünün ilk ekranı bükülmüş Samsung Galaxy Round telefonunu təqdim edib.
Həmçinin oktyabrda LG G Flex smartfonunun təqdimatı da keçirilib.ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən “Apple” şirkəti 2014-cü ilin sentyabrında satışa çıxaracağı yeni "iPhone"lar barədə hələlik açıqlama verməkdən çəkinir.