Həcmli şəkilli köynəklər təəccübləndirmək çətin olan sahələrdə yaxşı dizayn nümunəsidir. İllustrator –rəssam Vincent High heyvanların reallığa çox bənzəyən şəkillərinin əks olunduğu köynəklər kolleksiyası hazırlayıb.



Seriya “Big face” adlanır və amerikanın The Mountain şirkəti tərəfindən istehsal olunur. Heyvanların ağızları, rəng və toxumaları köynəklərin üzərinə o qədər real işlənib ki, elə bilki bu dəqiqə hürəcək, bağıracaq və ya sadəcə gözlərini qırpacaq.



Körpə heyvanlara və ekoloji məsələlər şirkətinə hörmət əlaməti olaraq- istehsalçı yalnız təbii boya və parçalardan istifadə edib.