Theo Jansen gəzməyi və nəfəs almağı bacaran nəhəng heykəllər hazırlayır. Bunu görmək lazımdır. Əgər siz Holland heykəltaraşı Theo Jansenin yaradıcılığını canlı görmək şansına sahib olsanız şübhəsiz ki, real şok yaşayacaqsınız. Məsələ bundadır ki, Theo artıq 16 ildir ki, özü hərəkət edən heykəllərin yaradıcılığı ilə məşğuldur.



Onların hərəkət etməsi üçün günümüzdə məhşur olan heç bir elektrik, karbohidrogen və günəş enerjisinə ehtiyac yoxdur. Bu çətin yaranan fiqurları hərəkət etdirmək üçün sadəcə olaraq küləyin zərbəsi kifayətdir. Öz qırxayaq robotlarını yaratmaqda Jansenə yalnız sarı plastik boru,ağıl və bir az istedad lazımdır.



Theo Jansenin dediyinə görə “İncəsənət və mühəndislik strukturu arasındakı xətt yalnız bizim beynimizdə mövcuddur”. Jansenin heykəlləri tez-tez Hollandiya sahillərində görünür və orada tənhalıqda gəzintidə olan insanların təsadüfən onları gördükdə qorxmasına səbəb olur.



Kimsə onları “Çimərlik Canavarı” adlandırır, kimlərəsə o Don Kixotun “Yel Dəyirmanları”nı xatırladır. Jansen deyirki, “bu həyatın yeni forması”dır. “Strandbeests” adını daşıyan Jansenin hər nəsil yaradıcılığı inkişaf edir və onların hərəkəti daha inamlı və möhkəm olur.



Onun sonuncu işi olan dinozavlar yalnız gəzməyi bacarmır eyni zamanda torpaq növünə də reaksiya verir-robotlar özlərinin olduğu yerlərdə dəyişən qum və axınları ayırmağı bacarırlar. Çimərlik canavarları “Nəfəs Almağı” artıq çoxdan bilirlər-bu robotlar küləyin kifayət qədər gücü nəticəsində xüsusi hava təzyiqi ilə daha yüngül saxlanılır.



Hətta sakitlik gəldikdə belə robotların hərəkəti dayanmır: robotlar əvvəlcədən əlavə enerjiyələ doldurulur. Çox güclü kuləklərin ani şiddəti yaxınlaşdıqda isə fiqurlar torpağa israrla bərk yapışıb lövbər salmaq imkanına malikdir.