Nissan xüsusi olaraq sürücülər üçün nəzərdə tutulmuş Google Glass eynəklərinə rəqib olacaq "ağıllı" eynək təqdim etməyə hazırlaşır. Şirkət ötən həftə Nissan 3E adı altında tanıdıcı video çarx təqdim etdi.
Ağ-qara metraj, yarı çılpaq top model, ani hərəkət və səs-bununlada bu məhsul Google məhsulları tərzinnən kəskin şəkildə fərqlənir, müəllif öz işini bu cür təqdim edir. Nissan 3E vaxtında təqdim olundu-Google Glass sürücülərə sükan arxasında olarkən mane olurdu.
Mashablenin məlumatına görə ötən ay Koliforniyada bir qadın avtomabil idarə edərkən “Google” eynəyi taxdığı üçün cərimə olunub. Nissan məhsuluna hələki bunlar məlumdur: cihaz internetə real zamanda qoşula bilər, onun köməyi ilə digər belə eynəklərin sahibləri ilə rabitə əlaqəsi qura bilər və şüşəyə əks olunan görüntülər qeyd oluna bilər. Eynəklər noyabr ayının 22-dən dekabr ayının 2-nədək “Tokyo Motor Show”da təqdim olunacaq.

