Google qış bayram mövsümünün başlaması ilə əlaqədar olaraq ABŞ-da qonaqların müxtəlif google məhsularına yaxından baxa biləcəyi yaradıcı Winter Wonderlabs laboratoriyaları açır. “Möcüzə” laboratoriyalar nəhəng qar dənəciyi (Snow Globesa) formasında hazırlanıb.



Qonaqlar həmçinin birbaşa şarın içərisində slow-motion video çarxa çəkilə bilər, kompüter qrafikasının köməkliyi ilə yaradılmış qar dənəciklərinin altında rəqs edə və əylənə bilər eyni zamanda bu videoları internet saytında paylaşa bilərlər. Google bu üsulla öz məhsullarını təbliğ edir.



Miladda yaxınlarına hansı hədiyyəni alacaqlarına baş yormamaq üçün qonaqlara birbaşa Snow Globes cihazının içərisində hər hansı bir məhsulu sifariş etmək təklif olunur. Ümumilikdə altı belə laboratoriya New York, New Jersey, Vaşinqton, Çikaqo, Los Angeles və Sacramentoda fəaliyyət göstərəcək.