Apple, “iPad Air” və “iPad Mini”nin ardınca daha böyük bir ekrana malik model istehsal etməyi planlaşdırır. Cənubi Koreya mətbuatında çıxan məlumatlara görə, yeni “iPad” 12,9 düym ekrana malik olacaqdır.
Şirkətin ehtiyat hissələri tədarükçülərindən birinin yeni iPadda istifadə edilməsi üçün 12.9 düymlük ekranın istehsalına başlayıb. Yeni nəsil iPadın 2014-cü ildə təqdim edilməsi nəzərdə tutulub.