Yeni Zellandiya pizzaçısı Hell Pizzas və One Fat Sheep agentliyi dünyada ilk dəfə pizza qutularının qapağında "Zombinin ölümü üçün 3D"-tətbiqini hazırladı. Proqramdan istifadə etmək üçün onu Google Play və iTunesdən mobil telefona yükləmək lazımdır.
Bu tətbiq mobil telefona yükləndikdən sonra pizzaya hücum edən Zombini güllələmək lazımdır. Qalib olan şəxslər müxtəlif hədiyyələr qazanacaq. Məsələn, daha sonra pizza alanda onlara bu pizza pulsuz təqdim olunacaq.
One Fat Sheep agentliyinin rəhbəri Rupert Sheep yeni yaradılan tətbiq üçün şərh bildirdi: “Hell tamaşaçını daha yenilikçi yollarla cəlb etmək düşüncəsi ilə bizə müraciət edəndə biz elə bir şey düşünməliydik ki, Hell alıcılarının xoşuna gəlsin. Bundan marka faydalana bilsin və satışın artımı olsun. “Video-oyunu birbaşa pizza qutusunun qapağında necə oynamaq olar?” deyə düşündük və möcüzəvi reallıq bizə bunu etməyə imkan verdi.”

