Narkotiklə mübarizəyə qarşı sosial reklamın əsas məqsədi “narkotikin, ondan istifadə edən insanların həyatına nə kimi zərər vurduğunu” göstərməkdir. Məhz 25 il bundan öncə 1988-ci ilin noyabr ayının 25-də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə BMT-nin konversiyası hazırlanmışdır.
Həmin gündən etibarən anti-narkotik kampaniyasının əsas məqsədi, narkotikdən istifadə edən insanın öz sağlamlığına böyük zərər vurması və narkotik bağımlılığının ölümə gətirib çıxarması fikrini aşılamaqdır.
Utanc və təhqir narkotik bağımlılarının ayrılmaz hissəsidir və narkotiki seçən insan bilə-bilə bir çox həyat sevinclərindən imtina etmiş olur. Bu bağımlılıq nəinki ondan istifadə edən insanın həm də onun ətrafındakı insanların bəlasıdır.”İdeafilm” studiyası Yakutistan respublikasının "Narkotiklərə Nəzarət Federal İdarəsi"nin sifarişi ilə narkotikin daxil olduğu andan etibarən sizin həyatınızın necə dəyişəcəyini izah edən çox qısa və aydın video-çarx hazırlayıb.










