“Snapchat” adlı mesajlaşma proqramının 23 yaşındakı rəhbəri Evan Spiegel, heç gəlir gətirməyən iki illik şirkəti üçün “Facebook”un təklif etdiyi 3 milyard dolları rədd edib. Spiegelin şirkətinin hər hansı bir satış və ya iş modeli yoxdur, əsasən gənclər arasında istifadə edilən bir ağıllı telefon proqramı var.
Proqramın xüsusiyyəti isə mesajların 10 saniyə və ya daha qısa müddət ərzində itməsidir. “Facebook”un 3 milyard dollarlıq təklifini rədd edən Spiegelə, Çinin internet nəhəngi “Tencent” də “Snapchat”a 4 milyard dollarlıq sərmayə yatırmaq təklifini verib.
Bunlardan başqa, Yahoo-nun da 5 milyard dollarlıq təklif verəcəyi gözlənilir. "Stanford Universitet"ini yarıda buraxan Spiegel şirkətinin daha da dəyər qazanmasını gözlədiyi üçün satışa razılıq vermir. Mövcud üzvlərin “Snapchat” proqramını tez-tez istifadə etməsi üzv sayının daha da arta biləcəyinin düşünülməsinə səbəb olur. Şirkət Sentyabr ayında gündəlik istifadə sayının 350 mesaja çıxdığını açıqlayarkən, bu ədəd İyunda isə 200 idi. Şirkət istifadəçilərinin sayını isə açıqlamır.
“Snapchat” bir “iPhone”ununuz və ya “Android” əməliyyat sistemilə çalışan bir planşetiniz varsa xüsusi anınızı paylaşmaq üçün ən sürətli yoldur. MMS-dən (Multimedya mesaj) 10 dəfə daha sürətlidir. Yoldaşlarınızın mesaj və ya şəkilinizi nə qədər müddət ərzində görə biləcəyini, göndərmə zamanı özünüz təyin edirsiniz. Təyin etdiyiniz müddət bitdikdə mesaj və ya şəkil öz-özünə yoxa çıxır. Əgər göndərdiyiniz şəkilin və ya mesajın ekran görünüşünü almaq istəyirsinizsə “Snapchat” bunu dərhal sizə xəbər verir.
