Yaponiya oyuncaq şirkəti Bandai, Tamagotchini “Tamagotchini Friends” yeni ad altında təqdim etməyə hazırlaşır. Fenomen marka 17il mövcudluğu ərzində milyonlarla dünya azarkeşi topladı və bütün bu oyuncaqlar 79 millyon satıldı.
Şirkət hal-hazırda oyuncaqları təkmilləşdirməyi və interaktiv məhsullar təqdim etməyi düşünür. Noyabr ayının 23-ü markanın ad günündə şirkət oyuncaqlar haqqında daha ətraflı məlumat almaq üçün yeni “Tamagotchini Friends” adlı internet saytı açdı.
“Tamagotchini Friends”də “dijital dostlar”, proqramlar, geyimlər və başqaları olacaq.Yeni ”Tamagotchi”nin əsas fərqləndirici özəlliyi odur ki, bir neçə təklif olunmuş qəhrəmanlardan özün üçün hər hansı birini seçə bilərsən, eyni zamanda onlarla tanış olub və onlara hədiyyələr verə bilərsən. “Tamagotchini Friends”in Avropada satışı bu ilin dekabr ayından, ABŞ-da isə 2014-cü ilin payızından etibarən olacaq.

