PUNK YOU BRANDS agentliyi “Travel” brendinin qablaşdırma dizaynını hazırladı. Yaradıcılar qablaşdırma dizaynında tum ilə doldurulmuş stəkan təsvir etdilər. Qablaşdırmanı isə mehriban bir nənə reklam edir. “Tum”-uzun yollu səyahətlərin ən sevimli məşğuliyyətidir.
Bəs ən dadlı tum nədə satılır?-yaradıcılar soruşdular və özləri də bu suala cavab verdilər. Ən dadlı tumları stəkanlarda mehriban və yaşlı nənələr satır. “Bu yaşlı nənələrdən lap az qalmasına baxmayaraq onlar barədə hər kəs xatırlayır”- yaradıcılar öz fikirlərini açıqladılar.
Bu fikir ilə markanın əfsanəvi bir görünüşü inşa olundu. 180 qramlıq qablaşdırmada böyük, 40 qramlıq qablaşdırmada isə kiçik stəkan təsvir olunub. Yaradıcı heyətin sözünə görə məhsul bu ilin dekabr ayından etibarən satışa buraxılacaq.




