Nike yeni "Just do it"-Play Russian kampaniyasına başladı. Məhşur marka Rusiya idmançılarının nəyə qadir olduğunu göstərdi. Video-çarxda sözsüz ki, Rusiyanın sərt reallıqları ənənəvi qış idman oyunlarında əks olunub. W+K Amsterdam dinamik video çarxı qışın yatmaq üçün deyil əslində idmanla məşğul olmaq üçün ən gözəl fəsil olduğunu xatırladır. Bu reklamda Rusiya idmançılarının ən dözülməz soyuqda belə buz üzərinə asanlıqla çıxa bildiklərini və istənilən qar yağışı sonrası xizək üzərində dayana bildiklərini görmək mümkündür.
Video çarx Rusiyada ekstremal idman oyunları növlərinin qış kolleksiyası və yeni xokkey növləri şərəfinə böyük miqyaslı PLAY RUSSIAN reklam kampaniyası çərçivəsində çəkilib. Filmin çəkilişində xokkey oyunçusu Aleksandr Ovechkin, yüngül atletçi Darya Klishina, futbolçu Aleksandr Kokorin, snowboarder Denis Leontiyevdən, skateboarder Yegor Kaldikov və konki sürən Adelina Sotnikova iştirak etdilər. Xüsusi yaradılmış veb-saytda təmiz havada keçirilən məşqlərin sosial şəbəkələrdə #playrussian hashtagı altında yayımlanan fotoşəkilləri və videoları toplanılır.
Agentlik: Wieden + Kennedy Amsterdam
Reklam Yazarı: Eugene Primatchenko



