Dolce Gabbana şirkəti ailəyə həsr olunmuş yeni #DGFamily adlı online kampaniyasını başlatmaq üçün istifadəçilərə müraciət etdi. Hər kəs öz ailəsi ilə olan fotoşəklini eyni adlı hashtag altında yükləyə bilər. Fotoşəkil istənilən tarixdə çəkilmiş ola bilər.
Ən əsası odur ki, onda ailə tablosu əks olunsun. Veb saytda yayımlanan hər bir fotoşəkildə markanın kiçik loqosu görünür. "Dolce Gabbana" əsl İtalyan markası olaraq öz reklam kampaniyalarında tez-tez dostluq və möhkəm ailə fikirlərindən istifadə edir.
“Şəkillərdə müasir və keçmiş nəsillərin təzahürləri təsvir oluna bilər-1900-cü ildən bu günə qədər. Lakin onlar markanın sonuncu reklam kampaniyasını xatırlatmalıdır.”-Swide markasının online jurnalında bu cür yazılıb. Redaksiya heyəti hər gün #DGFamily veb saytına gələn fotoşəkilləri seçir.
