Kosmetika şirkəti olan Avon qadınların hüquqlarını qorumaq üçün yeni reklam kampaniyasına başlayıb. Yeni kampaniyanın siması məhşur Hollywood aktrisası Megan Fox oldu. #See The Signs adını alan kampaniya bütün dünya sosial şəbəkələrində start götürdü.



Kampaniya bu sosial zülmün tipik xüsusiyyətləri ilə tamaşaçıları tanış etmək üçün nəzərdə tutulmuşdur.“16 gün şiddətə qarşı aktivlik” layihəsi BMT-nin illik beynəlxalq tədbirinə həsr olunmuşdur və bu layihə bütün beynəlxalq ictimaiyyəti qadınların hüququnun pozulmasına biganə qalmamağa çağırır. Kampaniya çərçivəsində hər biri evdar zorakılığı təmsil edən 16 şəkildən ibarət qalereya yaradılmışdır.



Hər gün "Avon"un Facebook səhifəsində və digər sosial şəbəkələrdə insanlara zorakılığın ən ümumi və aşkar əlamətləri haqqında öyrənməyə kömək edəcəyi yeni nişan yerləşdiriləcək. Qeyd edək ki, Avon şirkəti hələ 2004-cü ildə bu məsələyə diqqət cəlb etmək üçün evdar zorakılığa qarşı mübarizə kampaniyası başlatmışdı və evdar zorakılığa məruz qalmış qurbanlara 58 milyon dollar sərf etmişdi.