Burger King Norveç gözlənilməz kampaniya keçirdi. Burger şirkəti özünün facebook səhifəsində hər kəsin onun rəqibi olan “McDonalds”dan Big Mac əldə edə biləcəyini elan etdi.Ancaq bundan sonra həmin şəxslər "Burger King" səhifəsini həmişəlik tərk edəcəklər.
Kampaniya DIST Greative agentliyi ilə birlikdə işlənib hazırlanmışdır. Məlum oldu ki, Burger King azarkeşlərinin əksəriyyəti xəyanətkar çıxdı. 38000 istifadəçidən 30000-i pulsuz “Big Mac”ı seçdi. Hal-hazırda səhifədə 10000 bəyənmə var. “Təmizləmədən” sonra isə səhifəyə 2000 istifadəçi qoşulub. “Burger King” məlumatına görə "yeni istifadəçilər daha sadiqdir və onlar həqiqətəndə şəbəkənin təklifləri ilə maraqlanırlar."

