Beynəlxalq AIDS əleyhinə mübarizəyə dəstək olmaq üçün Coco-Cola “başqalarının sağlamlığını yaxşılaşdırmaq üçün rəqs et” kampaniyasını başlatdı. #CokeREDMMoves kampaniyası dekabr ayının biri başladı. Bu tarix AIDS-lə mübarizə günüdür.



Bu kampaniyada iştirak etmək üçün rəqs edib və bu rəqsi sayta yükləmək lazımdır. Hal-hazırda hər gün 700 uşaq bu xəstəlik ilə doğulur. Şirkətin niyyəti bütün dünyanı bu xəstəlikdən birdəfəlik xilas etməkdir. Cəmisi 25000 dollar toplanmalıdır.



İstifadəçilər “Empire Of The Sun” & “Tommy Trash”dən “Celebrate” parçasını yükləyib və həmin parça ilə rəqs edə bilər. Coco-Cola reklam çarxı üçün Jabbawockee, Jasmine Meakin from Mega Jam, Nappy Tabs və başqa məhşur rəqs komandaları ilə birləşdi. Onlar çarxda hər kəsin təkrar edə biləcəyi çox sadə rəqs hərəkətləri nümayiş etdirirlər.