IKEA bu bayram mövsümündə tənhalığa qarşı “No Empty Chairs at Christmas” (Miladda heç boş stol qalmasın) adlı kampaniya başlatdı. Kimin ki, bayramı qeyd etməyə heç kəsi yoxdur onda onu xüsusi saytdan tapa bilər.
Bunun üçün özün haqqına məlumat verməlisən: ünvan, ana dili, uşaqların mövcudluğu, qonaq dəvət etmək və ya özün qonaq getmək üçün hazırlıq. Həmçinin fotoşəkil yükləyə və ya özün haqqında bir şeylər yazmaq mümkündür.
Bu təşəbbüsə 18 yaşdan yuxarı hər kəs qoşula bilər. İstifadəçi qeydiyyatdan keçdikdən sonra digər istifadəçilərin profilinə daxil ola və onlarla mesaj mübadiləsinə keçə bilər. IKEA "istifadəçilər üçün məsuliyyət daşımadığını sadəcə bayram üçün sosial kampaniya təqdim etdiyini" bildirdi.
IKEA dünyanın müxtəlif yerlərində “kim təhsil almağı arzulayırsa ona kömək edək” adlı sosial layihəni davam etdirir. Layihənin məqsədi inkişaf etməkdə olan ölkələrdə uşaqların keyfiyyətli təhsil əldə edə bilməsi üçün vəsait toplamaqdır.