"Moskva Arbitraj Məhkəməsi" bu ilin mart ayında keçirilən “Rusiya-Braziliya” futbol matçı zamanı qanunsuz nümayiş olunan spirtli içki reklamında günahlandırılan “TeleSPORT” marketinq təşkilatının cəzalandırılmasında "Rusiya Federal Antiinhisar Xidməti"nin qərarını dəstəkləyib.



Şirkət bu ilin sentyabr ayında məhkəməyə müraciət edərək FAX-nin qərarının ləğv edilməsini tələb edib. Qərara görə “TeleSPOT” təşkilatı 600 min rubl cərimə ödəməlidir.



Marketinq təşkilatı Rusiya və Braziliya milli komandaları arasında yoldaşlıq futbol matçı zamanı “Husky ", "Belenki" , "Green Mark" spirtli içki və "Stary Melnik" pivə markalarının qanunsuz reklamına görə cəzalandırılıb.



Məsələyə üçüncü bir tərəf kimi FSUE VGTRK cəlb olunub. Federal Antiinhisar Xidmətinin ekspertlərinin qərarına əsasən futbol matçı zamanı yayımlanan spirtli içki reklamı futbol sahəsində kompüter quraşdırması vasitəsilə yerləşdirilib.