IKEA, İspaniyada açacağı mağazada işləmək üçün 400 nəfəri işə götürəcəyini açıqladı, 20 min nəfər müraciət etdi.



Şirkətin internet saytı çökdü. İsveçli mebel nəhəngi IKEA-nın İspaniyanın Valensia şəhərində açmağı planlanlaşdırdığı mağaza üçün başladığı işçi axtarışı, şirkətin veb saytının çökməsinə səbəb olub.



Gələn il açılacaq mağazada işləmək üçün 400 adamı işə götürəcəyini açıqlayan IKEA-ya 20 min adam müraciət edib. Veb saytı çökən İsveçli şirkət, müraciətləri qəbul edə biləcəyi başqa bir üsul tapana qədər işçi axtarışına fasilə verdiyini bəyan edib. Qeyd edək ki, İspaniyada cəmi əhalinin 26%-i, yəni təxminən 6 milyon adam işsizdir.