Adidas "Braziliya 2014 Dünya Kuboku" şərəfinə Eu sou brazuca ("Mən - brazukayam") adlı kampaniya başlatdı. Bu ilin sentyabr ayında azarkeşlər öz futbol topunu "brazuca" adlandırdılar. Adidas 2014-cü ilin dekabr ayının 3-ü, FİFA günü doğulan uşaqların valideynlərinə ad vermək niyyətindədir.



Bunun üçün valideynlərə yalnız onun körpəsinin məhz həmin ilin dekabr ayının 3-də doğulduğunu sübüt etmək lazımdır.Kampaniya “bütün braziliyalı uşaqlar ayağında top ilə doğulur” deyərək dekabr ayının 6-7-si Braziliyanın Rio de Janeiro, Sao Paulo və başqa böyük şəhərlərində keçiriləcək.



Topu dekabr ayının 4-dən başlayaraq dünyanın müxtəlif yerlərindən almaq mümkün olacaq. Onun rəsmi və açıq təqdimatı 3D lazer texnologiyasının köməyi ilə Rioda Lage parkında oldu. “Brazuca” braziliyalıları ifadə edən qeyri rəsmi bir sözdür.