“Yandex” özünün əsas səhifəsini yenilədi. Belə ki, əsas axtarış səhifəsində solda boş olan yeri doldurdu. Orada media reklamları üçün yeni axtarış formatı yerləşdirdi.
“Yandex” axtarışının əsas səhifəsində artıq sol tərəfdə şaquli vəziyyətdə yerləşən reklam görmək mümkündür. Yeni formatı ilk sınaqdan keçirən marka isə Fransız avtomobil şirkəti "PSA Peugeot Citroen"ə məxsus olan Citroen oldu.