Procter & Gamble şirkətinin yuyucu vasitə markası olan "Tide Pods", “paltaryuyan maşında yuyulduqda zərər görməyən paltarlar”ı hazırlayan dizayner Tracy Reese ilə əməkdaşlığının nəticəsini dərc etdi. Reese "Pinterest"də yerləşdirilən iki nümunə hazırladı.



Onlardan biri,siyahıda daha çox səs toplayan fevral ayında New York Moda Həftəsi zamanı “Tracy Reese”nin 2014 payız-qış kolleksiyasının bir hissəsi kimi təqdim olunacaq.



Səsvermə dekabr ayının 14-dək "Pinterest"də Tide saytında davam edəcək. Tide Pods bu üsulla məhsulunun yalnız yuyucu vasitəsi kimi deyil eyni zamanda paltardan ləkələrin təmizlənməsi və son dərəcə parlaqlıq verən məhsul kimi yenilənməsinə diqqət cəlb etmək niyyətindədir. Yuyucu vasitə zərif məhsullara diqqətli davranmaq qabiliyyətinə malikdir. Kampaniyada bu xüsusi olaraq vurğulanır. “Tracy Reesen”in geyim alıcıları məhsuldan bir nümunə əldə etmiş olacaqlar.