Bu günlərdə Şanxayda ən yüksək və bütün rekordları geridə qoyan havanın çirklilik səviyyəsi qeydə alınmışdır. Səviyyəsi ölçülmüş hissəciklər bir kub metrdə 360 mikroqram təşkil edirdi. Coco-cola şirkətinin meyvə şirəsi markası olan "Minute Maid" vəziyyəti dəyişmək qərarına gəldi.



O, Saatchi & Saatchi şirkəti ilə birlikdə şəhərin mərkəzi küçələrində kampaniya keçirdi. Markanın komandası bir stəkan meyvə şirəsnin hətta sis və dumanda belə həyatı daha parlaq edə biləcəyini xatırladan və üzərində Minute Maid loqosunun əks olunduğu narıncı şarları ötüb-keçən insanlara payladı. Kampaniya cəmisi 24 saat ərzində fəaliyyət göstərdi və nəticələr gözləntiləri keçdi. Günəş üçün darıxan insanlar gülümsəyərək və sevinərək şarlar ilə fotoşəkillər çəkdirdi.