Heineken ABŞ həvəskar ifaçıları böyük auditoriya qarşısında karaoke oxumağa dəvət edən əyləncəli Milad təcrübəsi təşkil etdi. Carol Karaoke, “Open Your Celebrations” markasının bayram kampniyasının bir hissəsidir.
Layihəni Wieden & Kennedy New York təşkilatı hazırlayıb. Layihədə gözlənilməz insanlar "Jingle Bells", "Deck The Halls" və "The 12 Days of Christmas" kimi Milad mahnılarını ifa etmək üçün özəl VIP-otağına dəvət olundu.
Onlar razılaşdıqdan sonra müəyyən ediblər ki, kiçik studiyada səsyazma cihazı var və onların səsini şəhərin küçələrində minlərlə insan eşidəcək. Onlar yarım dəqiqə ərzində seçim etməli idilər. Əlbəttə ki, bəziləri etiraz etdi. Amma çoxları bu mahnıları ifa etməyə razılıq verdi. Heineken həmçinin bayram qablaşdırmalı pivə də istehsal etdi. Hər bir Heineken pivəsi yarlığının dizaynı markanın tarixində “unikal addım”ının və onun mənşəyinin şərəfinə hazırlanmışdır.