Insan sağalmaz xəstəliyə yoluxduğu an başa düşür ki, həyat daha əvvəlki kimi olmayacaq. Əlvida keçmiş diqqətsizlik! O andan etibarən xəstəlik haqqında düşüncələr bizi bir an belə tərk etmir.
Fransa təşkilatı “Leo “Burnett” və ictimai təşkilat “Mimi Foundation” 20 ölümcül xəstə insana ən azı bir an belə xərçəngi unuda bilmələri üçün şans yaratdılar. Onları xərçəng xəstəliyinə yoluxmuş insanları studiyaya dəvət etdilər.
Sonra gözlərini bağlamaqlarını xahiş etdilər. Bundan sonra peşəkar stilistlər onlara yeni bir obraz yaradaraq saç və makiyaj etdilər. Daha sonra təcrübənin iştirakçıları gözlərini açdı və özlərini güzgüdə gördü. Onlar üçün həmin an xəstəlik tamamilə unuduldu. Bütün fotoşəkillər “Bir An Üçün” kitabında dərc olundu. Kitabın satışından əldə olunan gəlir isə xərçəng xəstəliyi ilə mübarizə fonduna bağışlanacaq.