Forsman və Bodenfors təşkilatları UNICEF üçün Mahatma Qandi, Mother Teresa və İsa Məsihiin oynadığı Milad bayramına həsr olunmuş reklam çarxı təqdim etdi. Reklam çarxının müqəddəs üçlüyü bayram süfrəsi arxasında əyləşib və dünyada insanlar üçün nə etdklərini müzakirə edirlər.



Daha sonra məlum olur ki, stolun ətrafında gənc bir oğlan var. Isanın “sən nə etdin ki, mənimlə bir kampaniyada yer aldın?” sualına gənc oğlan “mən sadəcə “UNICEF”in reklamına kliklədim” deyərək cavab verir.



Üçlük oğlanın bu sözünə qədəh qaldırır. Digər video çarxında isə gənc oğlan İsaya reklama klikləməyi öyrədir və müqəddəs üçlüyə öz həyat fəaliyyətini danışır: Stokholmda sadə bir ailədə dünyaya gəlmişəm. Məktəbi bitirdikdən sonra dincəlmək və əylənmək üçün bir neçə aylıq Avstraliyaya getdim. Daha sonra hələ indiyədək tapmadığım işi axtarmağa başladım.



Lakin gözəl bir gündə UNICEF uşaqlarına kömək reklamına kliklədim. “Good guys" (yaxşı uşaqlar) təşkilatı UNICEF Milad layihəsi hazırladı və tamaşaçılardan sayta keçib şirkətin kampaniya məhsullarından almağı və bu üsulla uşaqlara kömək etməyi xahiş etdi.