Russ Outdoor reklam şirkəti evsiz insanlar üçün isti geyim toplanması çağırışında olan bir sosial kampaniya başlatdı. Bu kampaniya “hər halda”adlanır. Kreativ fikir AnyBodyHome təşkilatı tərəfindən düşünülmüşdür. Reklam kampaniyasının yaradıcıları layihə üçün "İsti Geyim Donoru Ol"-şüarı təqdim etdilər. Geyimlərin toplanmasında iştirak qan vermək proseduru ilə müqayisə olunur. Çünki bu kampaniya nəticəsi zamanı da eyniylə hər hansı bir kəsin həyatı xilas olacaq.
“Müasir şəhərin küçələrində insanların soyuqdan donaraq öldüklərini düşünmək və qəbul etmək çox çətindir.Biz öz reklamımızın köməyi ilə sadə lakin çox vacib bir məsələni nəzərə çatdırmaq istəyirik. Ümid edirik ki, seçilmiş kreativ fikir bizə bunu maksimum dərəcədə etməyə imkan verəcək”-“Hər halda" layihəsinin rəhbəri Ilya Kaukin bildirib.
İrimiqyaslı sosial təşəbbüs olan "Russ Outdoor" cəmiyyətin problemlərinin həlli istiqamətində yönəlib. Russ Outdoor 2010-cu ildən etibarən yollarda təhlükəsizlik, ətraf mühitin mühafizəsi, siqaret ilə mübarizə, evsizlər üçün paltar toplamaq və bu kimi başqa mövzularda 25-dən çox kampaniya keçirib.
.jpg?rand=0.4312241259030998)