Audi öz avtomobillərini yalnız potensiallı müştərilərə deyil eyni zamanda şirkətin gələcək müştərilərinə də təqdim edir. Alman avtomobil təqdimatçısı markanın tarixini şəkilli uşaq kitabı formasında təqdim etdi.
28 səhifədən ibarət olan kitab “It Couldt Be Done: An Audi Story” adlanır. Kitabı Venables Bell & Partners təşkilatı ilə əməkdaşlıq edən Mattson Creative studiyasından Ty Mattson hazırlamışdır. Şəkillər qırmızı, qara və ağ rəngdədir. Mövzu isə 1916-cı ildə yazılmış “Edgar Guest”ə aiddir.
Poemanın demək olar ki, bir əsr əvvəl yazılmış olmasına baxmayaraq o heç bir şeyin mümkünsüz olmadığını iddia edən Audi fəlsəfəsini əks etdirir. Bu çarx 2013-cü ilin may ayında çəkilmiş “It Couldn’t Be Done” reklam çarxının mövzusunu davam etdirir.




