Kia Motors Amerika 2014-cü ildə Şimali Amerika Beynəlxalq Avto Şou-da (NAIAS) yeni konseptual avtomobilinin təqdimatını edəcək. İstehsalçısının Kaliforniyanın İrvayn şəhərində ABŞ dizayn studiyasında layihələndirmiş bu heyrətamiz “2+2” oturacaq formulalı idmansayağı avtomobili həm yolda, həm də trekdə yüksək idarəetmə həzzi bəxş edəcəyi söylənilir.
Daha ətraflı məlumat yaxın həftələrdə gözlənilir. Ruhən gәnc olanlar üçün keyfiyyәtli nәqliyyat vasitәlәrinin istehsalçısı olan Kia Motors Korporasiyası 1944-cü ildә tәsis edilib vә "Koreya"nın ilk avtomobil istehsalçısıdır.
Kia dünyanın beş ölkәsindә yerlәşәn 9 zavod vә yığım muәssisәlәrindә hәr il 2,7 milyondan artıq avtomobil istehsal edir vә bu avtomobillәr dünyanın 150 ölkәsindә olan distribütor vә dilerlәr vasitәsilә satılır vә xidmәt olunur. Kia-nın hazırda bütün dünyada 47.000-dәn artıq işçisi var. İllik gәliri 42 milyard ABŞ dolları təşkil edir.
Kia tennis üzrә "Australian Open" turnirinin baş sponsoru vә FİFA-nın rәsmi avtomobil partnyorudur. Kia Motors Korporasiyasının brend-şüarı olan "Heyrәtlәndirmәk bacarığı ilә" şirkәtin müştәrilәr qarşısında daim yeniliklәr etmәk öhdәliyini ifadә edir.