Amerikada “ağıllı sviter” istehsal olunub. Xarici mətbuata istinadən xəbər verə bilərik ki, bu istehsal artıq internetdə əsas müzakirə mövzusuna çevrilib. Məlumata görə, sviterin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, sensor və işıq indikatorlarının köməkliyi ilə öz sahibinin əhval-ruhiyyəsini göstərir.



Məsələn, insan "hirsli" olduğu zaman sviter qırmızı, "sakit" və "tam rahat" olduqda isəmavi rəngə boyanır. Maya dəyərinin yüksək olması səbəbindən sviterlər çox güman ki, kütləvi istehsal olunmayacaq.