Amerikanın internet nəhəngi “Google” İspaniyada 900 min avro (1,2 mln. dollar) məbləğində cərimə olunub. Cərimə şirkətin şəxsi informasiyalarının toxunulmazlığına dair qanunu pozmasına görə təyin edilib.
"İspaniyanın Məxfi Məlumatların Qorunması" üzrə təşkilatı amerikalıları üç qanun pozuntusuna görə, cərimələyib: şəxsi informasiyaların toplanması, onların müxtəlif kanallar vasitəsilə bir araya gətirilməsi və onun sorğusuz saxlanılması.