“LG” şirkəti Cənubi Koreyada “Gx” smartfonunu nümayiş etdirib. Aparat 1080x1920 təsvir ölçülü 5,5 düymlük IPS ekran və dörd nüvəli “Qualcomm Snapdragon 600” prosessoru ilə təchiz edilib.
Qurğu, həmçinin 2 qiqabayt əməli yaddaş, 32 qiqabayt daxili yaddaş, 13 meqapiksellik əsas və 2,1 meqapiksellik ön kamera və 3140 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.
“Gx” smartfonu “Android Jelly Bean” platforması ilə işləyir və çəkisi 167 qramdır. O, ağ və qara rənglərdə təklif olunur. Smartfonun qiyməti təxminən 808 – 847 dollar civarında olacaqdır. Məlumatlara görə, “Gx” smartfonu 2014-cü ilin yanvarında təqdim olunacaq.