Son zamanlar insanlar tərəfindənaktiv şəkildə istifadə edilən sosial şəbəkələrdən birində “Instagram”da yenilik olub. Instagram istifadəçiləri artıq buradan da bir-birilərinə mesaj göndərə biləcəklər.
Şəbəkənin qurucusu Kevin Systrom açıqlamasında bildirib ki, "Əlaqə bizim üçün çox vacibdir. Bu sadəcə fotoqrafçılıqla bağlı olmaq məcburiyyətində deyil. “Facebook”un ötən il satın aldığı Instagram, ən populyar mobil istifadəçilər arasındakı yerini durmadan gücləndirən şəxsi mesaj işlədiciləri sahəsində WhatsApp, Viber, Kakao Talk və SnapChat kimi yeni rəqiblər qazanmış oldu."
Təhlilçilər istifadəçilərin çox işlətdiyi “Facebook”la daha çox gəlir əldə edəcəyini düşünürlər. “New York Times”ə danışan Gartner araşdırma şirkətinin eksperti Brian Blau isə deyib ki, “Facebook”da hər şey yaxşı gedir.