Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook “Donate Now” (İndi ianə et) düyməsi əlavə edib. Bu düymənin köməyi ilə istifadəçilər xeyriyyə təşkilatlarına ianə göndərə biləcəklər.
“Biz yeni “Donate” funksiyasını istifadəyə veririk. Bu qeyri-kommersiya təşkilatlarına Facebook vasitəsilə birbaşa ianə göndərmək imkanı yaradır. Bu düymə xeyriyyə təşkilatlarının partnyorlarının paylaşımlarında və yuxarı hissədə açıq səhifələrin olduğu yerdə yaranacaq”-“Facebook”un bloqunda bildirilib.
İstifadəçilər “Donate Now” düyməsini klikləməklə ianənin məbləğini, bank kartının məlumatlarını daxil etməklə ianə edə bilərlər.
