Cənubi Koreya mərkəzli texnologiya nəhəngi "Samsung"un 12.2 düymlük nəhəng ekrana sahib yeni məhsulu Galaxy Note Pro ortaya çıxdı. Samsungun bir müddətdir geniş ekranlı bir tablet üzərində çalışdığı bilinirdi. Ortaya çıxan fotoşəkillər isə bu iddiaları doğruladı. 


 


Galaxy Note Pro 12.2 düymlük nəhəng bir ekrana sahibdir. 3 GB yaddaşı və android 4.4 KitKat əməliyyat sistemiylə gələn Galaxy Note Pro ABŞ-da reallaşdırılacaq dünyanın ən böyük texnologiya sərgisi olan CES 2014-cü ildə rəsmi olaraq qarşımıza çıxmış olacaq. Cihazın qiyməti isə hələ bilinmir.