Apple, gələcək ilə damğa vuracaq məhsulları istifadəçilərə təqdim edəcək. Apple şirkətinin direktoru olan Tim Cook, işçilərinə göndərdiyi yeni il elektron məktubunda "2014-cü ildə müştərilərin aşiq olacağı planlarımız var" dedi.


 


Cook, ötən ili şərh edərkən, gələcək ildəki planlarını da açıqladı. 9to5mac tərəfindən paylaşılan elektron məktubda Cook, yeni il əvvəli əhəmiyyətli bir müvəffəqiyyət əldə etdiklərinə inandığını və 10 milyonlarla insanın Apple məhsullarından ilk dəfə istifadə etməyə başladığını dilə gətirdi.


 


iPhone 5s ilə bazar liderliyini daha da genişləndirdiklərini bildirən Tim Cook “iPad Air”a da toxundu. Tim Cook mobil xaricində toxunduğu məhsullar arasında OSX Mavericksin ödənişsiz olmasını və “Mac Pro”nun ABŞ-da təqdim edilməsini bildirdi. Cookun müştəriləri “aşiq” edəcəyi məhsulları arasında prioritetli olaraq ağıllı saat var.  Ağıllı saat mövzusunda patent alan şirkətin xüsusilə ilin ikinci yarısında ağıllı saat modelini istifadəçilərə təqdim etməsi gözlənilir.