Anomaly yaradıcı agentliyi Google Helpouts üçün bayram çarxı təqdim etdi. Bu reklam çarxında hər kəs bir-birinə bütün məsələlər üzrə ödənişli və ya ödənişsiz məsləhətlər verə bilər. Layihə bu ilin payızında təqdim edildi və bu mərhələdə yalnız ingilis dili mövcuddur.
Bu reklam çarxında Santa Claus hər zaman olduğu kimi hədiyyələri paylamağa hazırlaşır. Lakin ona əvvəlcə “sökülən paltarının qolunu necə tikmək və şirniyyatı necə hazırlamaq olar?” mövzusunda məsləhətlər lazımdır.
Nəticədə, o, hədiyyələri paylamaq üçün seçilən bütün Santalar arasında ən yaxşısı olur. Reklam çarxının sonunda isə “biz hamımız bayram ərəfəsində yardımlardan yararlana bilərik” sözləri yazılır. Reklam çarxında Santa Claus rolunu aktyor Chris Kral ifa edir.