Ford “Puerto Rican”nın yarımşöbəsi olan JWT ilə birlikdə "Endless Race" (sonsuz yarış) adlı xeyriyyə kampaniyası təqdim edir. Bir neçə il bundan əvvəl gənc bir oğlan Sebastian əlil arabasına məhkum olmuşdu.
O, bu halı ilə yarışlarda iştirak etmək istədi. Lakin vəziyyətindən dolayı ona yarışlarda iştirak etmək hüququ verilmədi. Bu isə gənc oğlana öz məqsədinə çatmaq üçün stimul verdi.
Ona xəyallarını gerçəkləşdirməkdə Ford və JWT kömək etdi. Bu isə hər kəsin iştirak edə biləcəyi kampaniyanın başlanğıcı oldu. Bunun üçün isə sosial şəbəkələrdə Endless Race saytında video çarx paylaşmaq lazımdır. Ford kampaniyadan əldə olunan gəliri qayğıya ehtiyacı olan uşaqlar üçün xərcləyir. Həmçinin PayPal vasitəsilə hər hansı məbləği göndərməklə də birbaşa kömək etmək mümkündür.